AZ

XİN adından elə birşey yayıldı ki...

Sosial şəbəkədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin adından saxta xəbər yayılıb.
Bolgə.TV xəbər verir ki, guya XİN-in sözçüsü AZAL-a məxsus təyyarənin qəzaya düşməsi ilə bağlı Rusiyanın iştirakına dair mətbuatda yayılan xəbərləri şərh edib.
Qeyd edək ki, yayılan məlumat saxtadır və həqiqəti əks etdirmir. Nə Xarici İşlər Nazirliyinin rəsmi saytında, nə də Ayxan Hacızadənin sosial şəbəkə hesablarında bununla bağlı paylaşım edilib.
Xarici İşlər Nazirliyindən də xəbərin saxta olduğu təsdiqlənib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Seçilən
2
3
bolge.tv

6Mənbələr