Ötən gün 300 mindən çox fələstinli evinə geri qayıtdı
300 mindən çox fələstinli fürsət verildikdən sonra bazar ertəsi Qəzzanın şimalına qayıdıb.
Yeniavaz.com xəbər verir ki, müvafiq bəyanat Qəzza KİV ilə əlaqələr şöbəsi tərəfindən sosial şəbəkə hesabında yayılıb.
“Bu gün Ər-Rəşid və Salah əd-Din yolları ilə hərəkət edən 300 mindən çox insan anklavın cənub və mərkəzi rayonlarından şimala qayıdıb”, - mətndə deyilir.
Zolağın neçə sakininin Qəzzanın şimalına qayıtmağı planlaşdırdığı barədə hələlik məlumat yoxdur.