Sosial şəbəkələrdə AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Report-un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
O, sözügedən məlumatın saxta olduğunu vurğulayıb.
Qeyd edək ki, məlumatda Ayxan Hacızadənin AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəbi kimi quş sürüsü ilə toqquşması versiyasını təsdiqlədiyi bildirilib.