AZ

Minsk Qərbin əsassız tənqidlərindən yorulub Belarus XİN

Qərbin ölkəni tez-tez sanksiya hədələri ilə müşayiət olunan əsassız tənqidlərinin davam etdirilməsi Belarusu məyus edir.

BEY.AZ xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Təəssüf hissi ilə qeyd edirik ki, bəzi Qərb dövlətləri tərəfindən klişe etiketlərdən və sanksiya hədələrindən istifadə edərək Belarusa qarşı əsassız tənqidlərin davam etməsini qeyd edirik”, – nazirliyin bəyanatında yazılır.

Vurğulanıb ki, Avropa İttifaqının bəyanatı faktları qəsdən təhrif edir, Belarusda və dünyada obyektiv reallığı nəzərə almır. Bundan başqa, bu cür ritorika onların öz sistemli problemləri, artan daxili parçalanma və aqressivlik fonunda istifadə olunur.

Türkan İSGƏNDƏRLİ 

Seçilən
8
Bey.az

1Mənbələr