ABŞ-ın Rusiya əleyhinə yeni sanksiyalar tətbiq etməsindən sonra Çin və Hindistan Rusiyadan neft alışını dayandırıb.
Editor.az bildirir ki, bu barədə “Reuters” xəbər yayıb. Agentliyin məlumatına görə, mart ayında tədarük üçün neft alışının dayandırılması onun çatdırılma qiymətinin artması ilə əlaqədardır.
“Vaşinqton yanvarın 10-da Rusiyanın neft tədarük zəncirinə qarşı yeni sanksiyalar tətbiq edib və Çin və Hindistandakı bəzi alıcılar və limanlar sanksiyaya məruz qalmış gəmilərdən yayındığı üçün tankerlərin daşıma tarifləri yüksəlib”, – məlumatda deyilir.
//Samir Qurbanov, Editor.az