AZ

Ermənistan ordusunun baş qərargah rəisinin keçmiş müavininin müdafiəsi açıq məhkəmə tələb edir

 
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryanın müdafiəsi açıq məhkəmə keçirilməsində israr edir.

AZXEBER.COM \"report\"a istinadən xəbər verir ki, bu barədə onun vəkilləri Varazdat Arutyunyan və Armen Andrikyanın bəyanatında deyilir.

\"Müdafiə tərəfi məhkəmənin açıq rejimdə keçirilməsində, prosesin ictimailiyi və cəmiyyətin məlumatlılığının təmin edilməsində israr edəcək\", - sənəddə qeyd olunub.

Vəkillər bildiriblər ki, iş üzrə ilkin istintaq başa çatıb və məhkəməyə göndərilib. İstintaq 4 il davam edib.

\"İttiham üzrə Xaçatryana azadlıqdan məhrum etmə təhlükəsi olmasa da, hakim Masis Melkonyanın qərarı ilə o, 24 gündür qanunsuz həbsdədir\", - məlumatda qeyd edilib.

Qeyd edək ki, daha əvvəl baş qərargah rəisinin keçmiş müavini barəsində 44 günlük müharibə zamanı yol verdiyi qanun pozuntularına görə cinayət işi açılıb.
 
Seçilən
5
azxeber.com

1Mənbələr