"Belarus sərhədçiləri Ukrayna ilə beynəlxalq əlaqəni bərpa etməyə tam hazırdırlar".
Teleqraf.com "BelTA" nəşrinə istinadən xəbər verir ki, bunu Belarus Dövlət Sərhəd Komitəsinin rəsmi nümayəndəsi Anton Bıçkovski bildirib.
Nümayəndə deyib ki, Ukrayna rəhbərliyinin qərarı ilə 2022-ci il fevralın 28-dən Belarusla dövlət sərhədindəki bütün beynəlxalq keçid məntəqələri bağlanıb və hazırda ölkələr arasında beynəlxalq əlaqə yoxdur.
Bıçkovski qeyd edib ki, Belarus tərəfində Ukrayna ilə sərhəddə nəzarət-buraxılış məntəqələri fəaliyyət göstərir və sərhədçilər ən qısa zamanda Ukrayna ilə beynəlxalq əlaqəni bərpa etməyə tam hazırdırlar.
Müəllif: Arzu