AZ

Quş sürüsü sərnişin təyyarəsinə çırpılıb



Qazaxıstanın hava məkanında daha bir xoşagəlməz hadisə yaşanıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Uralskdan Astanaya uçan FlyArystan FS 7366 sərnişin təyyarəsi Uralsk hava limanından qalxarkən quş sürüsü ilə toqquşub,

Hava gəmisinin kapitanı təyyarəni idarə edərək onu Astana hava limanına endirməyə müvəffəq olsa da, lakin hava təyyarə zədəsiz də ötüşməyib.

Eniş zamanı təyyarənin kompressor qanadlarına və həmin mühərrikin gövdəsinə böyük ziyan dəydiyi, həmçinin mühərrikdə və başqa yerlərdən quş qalıqlarının aşkar edildiyi müəyyən edilib.

Qeyd edək ki, 2024-cü ildə "Air Astana" şirkətlər qrupuna aid olan təyyarələrin quş sürüsü ilə toqquşma nüsbəti 2023-cü illə müqayisədə 30 faiz artaraq 203 insident təşkil edib.

Anar Əliyev
Seçilən
7
newscenter.az

1Mənbələr