Qazaxıstan kartof ixracatına məhdudiyyətlər tətbiq edir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, buna səbəb ölkədə kartofa tələbatın artmasıdır.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yanvarın 28-dən etibarən Qazaxıstan ərazisindən üçüncü ölkələrə kartofun ixracı qadağan edilib. Hazırda qonşu ölkələrdən də Qazaxıstan kartofuna tələbat yüksəkdir.
Ötən il təxminən 605 min tona yaxın kartof ixrac edilib ki, bu da 2023-cü ilin göstəricisindən (411 min ton) 1,5 dəfə çoxdur. Bu rəqəm son 10 ildə rekord həddə çatıb və ölkədaxili qiymətlərə ciddi təsir göstərib.
Bununla əlaqədar, bazarda vəziyyətin sabitləşdirilməsi və qiymət artımının qarşısının alınması məqsədilə kartofun respublika ərazisindən üçüncü ölkələrə bütün nəqliyyat növləri ilə ixracına 6 aylıq məhdudiyyət tətbiq edilib.
Bu qərar Avrasiya İqtisadi İttifaqından başqa dövlətlərə aiddir.
Mehman Mehdiyev