AZ

Daha 23 növ rəqəmsal sənədin hüquqi qüvvəsi təmin edildi

Bakı. Trend:

Azərbaycan Respublikasının 17 qanununda dəyişikliklər edilməsininəzərdə tutan qanun təsdiqlənib və bu gündən etibarən qüvvəyəminib.

Trend xəbər verir ki, qanununqüvvəyə minməsi nəticəsində 23 növ sənədə dair məlumatlarınElektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təqdimedilməsi həmin sənədlərin fiziki daşıyıcılarının təqdim edilməsinəbərabər tutulacaq. Qeyd olunan dəyişikliklər nəticəsində miqrasiya,əmək, məşğulluq, sığorta, təhsil, yol hərəkəti, əmlakməsələlərində, habelə sahibkarlıq fəaliyyətində sıx istifadə olunanəsas sənədlərə və lisenziyalara dair rəqəmsal məlumatlar hüquqiqüvvəyə malik olacaq. Bu sənədlər həyat hadisəsi əsaslı təşkilediləcək xidmətlərin nəticəsində yaranan rəqəmsal sənədlərdir.

Bu yenilik, vətəndaşların aidiyyəti məlumatları “mygov” tətbiqivasitəsilə qarşı tərəfə təqdim etmələrinə imkan yaradır və rəqəmsalhökumətə keçid prosesini daha da sürətləndirir. Bununla yanaşı,sistem üzərindən təqdim edilən məlumatların doğruluğunu yoxlamaqüçün də xüsusi mexanizmlər təqdim olunur. Belə ki, vətəndaşrəqəmsal sənədlərini təqdim etdiyi zaman qarşı tərəf (xidmətgöstərən qurum və təşkilatlar) bu məlumatların doğruluğunu “mygovChecker” platforması vasitəsilə yoxlaya bilər.

Qanunvericilikdə bu mühüm dəyişikliklər, ölkədə rəqəmsallaşmaprosesinin sürətləndirilməsi, vətəndaşların dövlət xidmətlərinəçıxışının asanlaşdırılması və kağız əsaslı proseslərin rəqəmsalformatlara keçirilməsi istiqamətində əhəmiyyətli addım olaraqqiymətləndirilir.

Sənədlərin siyahısı aşağıdakı kimidir:

1. Azərbaycan Respublikasında müvəqqəti olma müddətininuzadılması haqqında qərar;

2. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaqüçün icazə vəsiqəsi;

3. iş icazəsi;

4. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçünicazə vəsiqəsi;

5. qaçqın vəsiqəsi;

6. işçinin vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancıbarədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmişsurətləri, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsi və digərşəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə;

7. şəxsin işsiz və ya işaxtaran kimi qeydiyyata alınması,qeydiyyatdan müvəqqəti çıxarılması, qeydiyyatının ləğv edilməsibarədə qərarlar, fərdi məşğulluq proqramı və fərdi məşğulluqvərəqi;

8. istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərinəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları ilə bağlıAnnuitet və icbari sığorta müqavilələri;

9. təhsil haqqında dövlət sənədi;

10. müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini vəsəviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanıtərəfindən müəyyən edilmiş qaydada verilən arayış;

11. sürücülük vəsiqəsi;

12. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;

13. nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədəelektron talon;

14. ünvanlı dövlət sosial yardımının təyin olunması və təyinolunmasından imtina edilməsi barədə qərarlar;

15. müavinətlərin təyin edilməsi və təyin olunmasındanimtina barədə qərarlar;

16. əmək pensiyalarının təyin edilməsi, yenidənhesablanması, təyin edilməsindən imtina olunması, bərpası,dayandırılması və əmək pensiyalarının bir növdən başqa növəkeçirilməsi barədə qərarlar;

17. şəxsin əlilliyinin müəyyən olunmasına və imtinaya dairqərarlar;

18. vətəndaşın sağlamlığının vəziyyətini əks etdirən tibbisənədlər;

19. icbari sığortaolunanların xidmətlər zərfi çərçivəsindəstasionar tibbi xidmətlərdən istifadəsi üçün təcili vətəxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin,habelə ambulator-poliklinika müəssisəsinin göndərişi;

20. könüllü və icbari sığorta şəhadətnamələri;

21. hüquqi şəxsin, habelə xarici hüquqi şəxsin nümayəndəlikvə ya filialının dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlətreyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyədəyişiklik;

22. daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;

23. lisenziya və icazələr.

Seçilən
14
az.trend.az

1Mənbələr