AZ

İran və Tacikistan vizasız rejim yaradır

İran hökuməti İran və Tacikistan arasında vizaların ləğvi haqqında fərmanı təsdiqləyib.

 

Oxu24.com  xəbər verir  ki, bu barədə İranın “Şəfəqna” xəbər agentliyi məlumat yayıb.

 

“İran Nazirlər Kabinetinin fərmanı əsasında fevralın 3-dən Tehran və Düşənbə arasında hava nəqliyyatı üçün vizasız rejim yaradılacaq”, mətndə deyilir.

 

Adi xarici pasport sahibləri vizasız rejimdən yararlana biləcəklər. Onlar səfər etdikləri ölkədə 90 gün müddətində 30 gün qala bilərlər.

 

Yanvarın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olan dövlətlərin üzv ölkələr arasında viza rejiminin liberallaşdırılması məsələsini nəzərdən keçirdiyi barədə məlumat yayılmışdı.

 

ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Əsas məqsədlər iştirakçı ölkələr arasında etimadı gücləndirmək, ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə inkişaf etməkdir. Hazırda ŞƏT-ə on ölkə daxildir: Rusiya, Belarus, Hindistan, Qazaxıstan, Çin, Pakistan, İran, Qırğızıstan, Özbəkistan və Tacikistan. Daha iki ölkə müşahidəçi statusuna malikdir: Əfqanıstan və Monqolustan.

 

Bundan əvvəl Macarıstan gürcü diplomatları üçün vizasız rejimi ləğv etməkdən imtina edib.

 

Nigar

 

Seçilən
16
4
oxu24.com

5Mənbələr