AZ

“Mona Liza” Luvrda ayrı otağa köçürüləcək


“Luvr bərpa olunacaq və genişləndiriləcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Luvrda olarkən deyib.
Makron Mədəniyyət Nazirliyinin tikinti işlərinin planlaşdırılması üçün layihəyə 10 milyon avro sərmayə qoyacağını açıqlayıb.
Prezident qeyd edib ki, Perronun kolonnasında yeni giriş tikməyi planlaşdırır. O, həmçinin Leonardo da Vinçinin “Mona Liza”sını Luvrdakı “xüsusi yerə” köçürəcəyini bildirib.
Makron mədəniyyət naziri Raşida Datidən Aİ üzvü olmayan ölkələrdən gələn xarici qonaqlar üçün biletlərə daha ​​yüksək diferensiallaşdırılmış qiymətlər tətbiq etməyi xahiş edib. Yeni qiymətlər 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Seçilən
61
yeniavaz.com

1Mənbələr