AZ

Karta karta səhv köçürmə olarsa nə etməliyik?

Pulun səhvən yanlış şəxsə köçürüldüyü hallar hər zaman baş verir.  Bəs görəsən bu baş verərsə nə etməli?
 
 Moderator.az xəbər verir ki, bu barədə Gazeta.Ru-ya AID hüquq qrupunun baş direktoru vəkil Devid Adams məlumat verib .
 
Köçürmə telefon nömrəsinə aparılıbsa, mütəxəssislər  bankınızla əlaqə saxlamalı olduğunuzu bildirir.
Bundan sonra, köçürmə qəbzi ilə birlikdə vətəndaş bankına ərizə təqdim etməlidir. Qanuna zidd olduğu üçün hesab sahibinin məlumatını bankdan tələb etməyin mənası yoxdur. Bu halda, bankın özü vəsaitin qaytarılması tələbi ilə bağlı pul köçürülmüş kartın sahibi ilə əlaqə saxlayacaq. Əgər pulu alan şəxs pulu qaytarmaqdan imtina edərsə, yeganə çıxış yolu məhkəməyə müraciət etməkdir. Alıcının bankına qarşı əsassız varlanma haqqında iddia əməliyyatın sübutu ilə birlikdə verilir.
Seçilən
17
moderator.az

1Mənbələr