AZ

Günəşdə nəhəng dəlik yarandı

Günəşin Yerə baxan səthində nəhəng tacşəkilli dəlik yaranıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Spaceweather" portalı məlumat yayıb.

Məlumata görə, dəliyin eni təqribən 800 min kilometr təşkil edib ki, bu da planetimizin diametrindən 62 dəfə çoxdur.

Tac dəlikləri maqnit sahələrinin Günəş küləyini kosmosa buraxdığı bölgələrdir. Bu bölgələr ultrabənövşəyi şüalar altında daha tünd görünür.

Günəş küləyi saniyədə 800 kilometr sürətlə hərəkət edən yüklü hissəciklər halındadır.

Müşahidə məlumatlarına görə, yeni tac dəliyindən gələn Günəş küləyi Yerə yanvarın 31-də çatacaq. Bu, zəif G1 sinif geomaqnit qasırğalarına səbəb ola bilər. Onlar ciddi təhlükə yaratmırlar, lakin yüksək enliklərdə auroralar yarada bilirlər.


Müəllif: Arzu
Seçilən
3
1
teleqraf.com

2Mənbələr