AZ

“Onun-bunun əlinə baxıb plastik cərrahlıq edənlər ona görə bu peşəyə can atır ki...”

“Plastik cərrahlıqda pul çoxdur. Ona görə də əksəriyyət məhz bu peşəyə can atır”.

 

Bunu Moderator.az-a açıqlamasında professor Adil Qeybulla bildirib. Professor qeyd edib ki, məhz bu səbəbdən məlum sahədə heç bir səriştəsi, savadı, müvafiq sənədi olmayan şəxslər də plastik cərrahlıq edərək çoxlu pul qazanmağa çalışırlar:

 

“Bəzi şəxslər var ki, onların həkimlik sənəti haqqında ümumiyyətlə heç bir anlayışları yoxdur. Onlar sadəcə eşidiblər ki, plastik cərrahlıqda yaxşı pul var. Buna görə də onlar diplomları, icazələri olmadıqları halda plastik cərrah kimi fəaliyyət göstərməyə can atırlar. Onun-bunun əlinə baxaraq cərrahlıq öyrənməyə çalışırlar. Halbuki, bu, uzunmüddətli təhsil və təcrübə tələb edən spesifik bir sahədir.

 

Ümid edirəm ki, bu tendensiya aradan qalxar və bu şəxslər başa düşərlər ki, arzu etməklə bacarmaq tamam başqa-başqa şeylərdir”.

 

Seymur ƏLİYEV

Seçilən
10
30
moderator.az

10Mənbələr