Avroviziya təmsilçimizin kimliyi fevralın ilk on günlüyündə açıqlanacaq.
OLAY yazır ki, bu barədə Deleqasiyamızın rəhbəri Nurlana Cəfərova məlumat yayıb.
O bildirib ki, təmsilçimizin adı ilə yanaşı, mahnımız və klipimiz də növbəti ay təqdim olunacaq.
Qeyd edək ki, püşkatmanın nəticəsinə əsasən Azərbaycan Birinci yarımfinalda çıxış edəcək.