AZ

İslam Qəriblinin biznesmen oğlu vəfat etdi – Meyiti tapıldı – ŞOK DETALLAR

Bir neçə gün öncə Qəbələdə Nohurgöldən meyiti çıxarılan İlham Qəribovun ölümü ilə bağlı təfərrüat məlum olub.

Medianews.az Qlobal.net-ə istinadən xəbər verir ki, iddialara görə İ.Qəribovun ölümü intihar deyil, qəsdən törədilmiş cinayətdir.

Məlumata görə, İ.Qəribovun biznesi olub. O, evdən çıxarkən üstündə külli miqdarda pul olub.

Mərhumun gölün sahilində aşkar edilən çantasında onun mobil telefonu, pasportu və digər əşyaları olsa da, üzərində və çantasında pul tapılmayıb.

Mərhumun ailəsi və yaxınları İlhamın intihar etdiyinə inanmırlar. Onun çox şən, nəşəli, ailəsinə bağlı biri kimi xarakterizə edirlər. O, ailəsinə Qəbələyə gedəcəyi ilə bağlı heç bir məlumat verməyib.

Qeyd edək ki, 40 yaşlı İlham İslam oğlu Qəribov yanvarın 16-da yaşadığı Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki evdən çıxaraq, bir daha geri qayıtmayıb. Həmin gündən onun axtarışları başlayıb.

Axtarışlar zamanı onun meyiti Qəbələdə yerləşən məşhur Nohurgöldə tapılıb. Ailəli idi, 2 qız övladı var.

İlham Qəribov alim İslam Qəriblinin oğludur. İslam Qəribli filologiya elmləri doktorudur, AMEA-nın ədəbiyyat institutunun aparıcı elmi işçisidir.

Seçilən
14
11
medianews.az

10Mənbələr