Serbiyanın baş naziri Miloş Vuçeviç iki aydan artıqdır davam edən və ötən həftə ümumi tətilə səbəb olan kütləvi etirazlar fonunda istefa vermək qərarına gəlib.
Bu barədə “Veçerne Novosti” öz mənbələrinə istinadən məlumat yayıb.
Miloş Vuçeviç 2 may 2024-cü ildən Serbiya hökumətinin başçısıdır. O, bundan əvvəl baş nazirin müavini və müdafiə naziri olub. “Veçerne Novosti”nin məlumatına görə, o, bu gün, yanvarın 28-də saat 11:00-da başlayacaq fövqəladə mətbuat konfransında istefa verdiyini elan edəcək.
//Samir Qurbanov, Editor.az