AZ

Ölkəmiz "Avroviziya 2025"də iştirak edəcək

Ajans.az xəbər verir ki, bu haqda “Avroviziya 2025” Azərbaycan nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri Nurlana Cəfərova məlumat verib.

N.Cəfərova qeyd edib ki, fevralın ilk 10 günlüyündə təmsilçimizin də adı açıqlanacaq.

O, "Həmçinin fevralda mahnımızı kliplə birlikdə təqdim edəcəyik",-deyə vurğulayıb.

Qeyd edək ki, Azərbaycanı "Avroviziya 2024" mahnı müsabiqəsində “Özünlə apar” mahnısı ilə Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov təmsil edib. Onlar müsabiqənin final mərhələsinə çıxa bilməyiblər.

Seçilən
34
4
Ajans.az

10Mənbələr