AZ

​“Microsoft” tiktoku almaq üçün danışıqlara başladı

“Microsoft” tiktoku almaq üçün danışıqlara başlayıb. Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O tiktok haqqında çoxlu investorla görüşdüyünü və tətbiqin böyük şirkətlər tərəfindən böyük maraq gördüyünü bildirib. Tramp qeyd edib ki, “Microsoft” tiktoku almaq üçün şirkətlə danışıqlar aparır və təklif hazırlayır. Tramp, tətbiqə olan maraq nəticəsində tiktokun satışı üçün tenderdə çoxlu investor və ya şirkətin iştirak edəcəyini bildirib.

Qeyd edək ki, Donald Tramp vəzifəyə gələndən sonra Çin firması “ByteDance”ə məxsus tiktok video paylaşma proqramının Amerika şirkətinə satılmadığı təqdirdə ABŞ-də qadağan olunmasını nəzərdə tutan qanunun icrasını təxirə salan sərəncam imzalayıb. Tramp tiktokun qadağan edilməsinin tərəfdarı olmadığını, lakin bunun üçün tətbiqin 50 faizinin ABŞ şirkətinə verilməsini istədiyini bildirib.

Seçilən
14
metbuat.az

1Mənbələr