“Coca-Cola” içkilərinin tərkibində sağlamlıq problemlərinə səbəb olan xlor aşkar edilib.
Sfera.az bildirir ki, Belçikadakı bir zavodun bir neçə “Coca-Cola” qutusunun içindəki testlər, istehsalda şüşələrin yuyulması üçün istifadə olunan həddindən artıq yüksək miqdarda xlor aşkar edib.
Avropa sakinlərinə “Coca-Cola” sərinləşdirici içkilərin qutularında zəhərli maddənin aşkar edildiyi partiyası barədə xəbərdarlıq edilib. Qeyd edək ki, bu maddənin istifadəsi səbəbindən insanlarda yod çatışmazlığı da yaranır.
“Coca-Cola” şirkəti Avropada satılan içki partiyasını geri çağırır. Xlorat “Coca-Cola”, “Sprite”, “Fanta”, “Fuse Tea”, “Minute Maid”, “Nalu”, “Royal Bliss” və “Tropico” qutularının və şüşə butulkalarının içərisində tapılıb. İlkin olaraq müəyyən edilib ki, zəhərli partiya altı Avropa ölkəsində: Belçika, Hollandiya, Böyük Britaniya, Almaniya, Fransa və Lüksemburqda mağazalara daxil olub. Bu içkiləri içərkən təhlükəsiz olub-olmadığını öyrənmək üçün bankanın dibinə, şüşənin boynuna və ya etiketinə baxın.
Təhlükəli istehsal kodları 328 GE ilə 338 GE arasındadır.
Media zəhərli partiyanın Belçikadakı zavoddan gəldiyini yazıb. Üstəlik, həm şüşə butulkalarda, həm də bankalarda təhlükəli içkilər var. Müfəttişlər içəridə həddindən artıq yüksək miqdarda xlorat aşkar ediblər. İstehsalçılar Avropa pərakəndə satış məntəqələrindən geri çağırılan partiyanın ölçüsünü deyə bilməyiblər. Eyni zamanda, şirkət təhlükəli içkilərin istehlakçılara çatmaması üçün hər şeyi etdiklərini əmin edirlər.
"Təhlükəli və satılmayan məhsulların əksəriyyəti artıq mağaza rəflərindən yığışdırılıb. Dəqiq rəqəmimiz yoxdur, lakin aydındır ki, bu, əhəmiyyətli məbləğdir"- deyə “Coca-Cola Europacific Partners”in Belçika nümayəndəliyindən bildiriblər.
Xlorat istehsalda istifadə olunan xlor tərkibli məhsulların əlavə məhsuludur. Belə məhsulların məqsədi butulkaları yumaq və suyu təmizləməkdir. Qeyd etdiyimiz kimi, bu maddə insan orqanizminə daxil olduqda yod çatışmazlığına səbəb olur. Digər tərəfdən, “Coca-Cola”nın Fransa nümayəndəliyindən bir mümkün risk ehtimalının çox aşağı olduğunu bildiriblər.
Aynil