AZ

Olaf Şolts Avropada müdafiə xərclərini artırmağa çağırır

Almaniya kansleri Olaf Şolts Berlində Danimarkanın baş naziri Mette Frederiksen ilə birgə mətbuat konfransında çıxış edərək bildirib ki, Avropa müdafiə xərclərini artırmalı və NATO-nun Avropa sütununu gücləndirməlidir. 

HİT.az bu barədə TASS-a istinadən xəbər verir.

"Biz NATO-nun Avropa sütununu gücləndirməliyik və müdafiə xərclərini daha da artırmalıyıq", deyə kansler bildirib.

Şolts əlavə edib ki, Avropa İttifaqının fevralın 3-də keçiriləcək sammitində liderlər daha güclü Avropa müdafiə sənayesinin yaradılmasını müzakirə etməlidirlər:

"Bizə Aİ-də hərbi texnikanın birgə inkişafı və alınmasını asanlaşdıracaq qaydalar lazımdır".

O, həmçinin Baltik dənizində sualtı kabellərin, o cümlədən İsveç və Latviya arasındakı kabelin zədələnməsinə münasibət bildirib. Şoltsun ​​fikrincə, bu, Rusiyanın kölgə donanmasının yaratdığı təhlükəni nümayiş etdirir:

"Şimali Atlantika Alyansının Baltikyanı keşikçi missiyası sayəsində biz Baltik dənizinin və dənizin dibindəki kritik infrastrukturun mühafizəsini yaxşılaşdıracağıq".

Samir

Seçilən
48
50
hit.az

10Mənbələr