AZ

Alimlər Uebb teleskopu ilə ekzoplanet kəşf ediblər

…Bu yaxınlarda Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsində (NASA) yerləşən Ceyms Uebb teleskopundan istifadə edən astronomlar Günəş sistemindəki heç bir məlum planetə bənzəməyən bir planet kəşf ediblər. Bu yeni ekzoplanetlər sinfi planetlərin təsnifatı haqqında düşüncələrimizi dəyişə bilər.

SİA-nın məlumatına görə, təsdiqlənmiş 5500 ekzoplanetin çoxunda qalın bulud örtüyü var, bu da onların tərkibini müəyyən etməyi çətinləşdirir.

Bu məlumatlardan ilhamlanan alimlər diqqətlərini Yerdən 48 işıq ili uzaqlıqda, Ophiuchus bürcündə yerləşən GJ 1214 b ekzoplanetinə yönəldiblər.

…“Pravda.Ru” yazır ki, onlar bu planetin atmosferini tədqiq edərək, su aləmləri və ya super Yerlər haqqında əvvəlki nəzəriyyələrə zidd olan yüksək miqdarda karbon qazı aşkar ediblər.

Modelləşdirmə göstərir ki, GJ 1214 b Veneranın atmosferinə bənzər, lakin daha geniş miqyasda ola bilər. Bu kəşf ekzoplanetlər və onların müxtəlifliyi ilə bağlı əlavə tədqiqatların vacibliyini vurğulayır. Bu məlumatlar planetlərin və planet sistemlərinin formalaşması haqqında anlayışımızı xeyli inkişaf etdirə bilər.

Nazlı Almuradova

Seçilən
8
sia.az

1Mənbələr