“İqlim dəyişikliyi əsrin sonuna qədər milyonlarla avropalını öldürəcək” – Alimlər
London Gigiyena və Tropik Tibb Məktəbinin britaniyalı alimləri belə qənaətə gəliblər ki, 2099-cu ilə qədər iqlim dəyişikliyi Avropanın 854 şəhərində 2,3 milyondan çox insanın ölümünə səbəb ola bilər.
Yeniavaz.com xəbər verir ki, tədqiqat “Nature Medicine” (NatMed) elmi jurnalında dərc olunub.
Bildirilib ki, istilik soyuqdan daha çox can alacaq:
“Modelləşdirməyə görə, Aralıq dənizi, Mərkəzi Avropa və Balkanlar ən çox zərbə alacaq. Barselona, Roma və Neapol kimi şəhərlərdə əsrin sonuna qədər 246.000-ə qədər qurban olacağı proqnozlaşdırılır. İstiliyə yüksək adaptasiya olsa belə, nəticələr fəlakətli ola bilər”.
“Nəticələrimiz iqlim dəyişikliyini yumşaltmaq və istiyə uyğunlaşmaq üçün aktiv fəaliyyətə ehtiyac olduğunu vurğulayır. Aralıq dənizi bölgəsi xüsusilə həssasdır, lakin davamlı tədbirlər milyonlarla ölümün qarşısını ala bilər”, - aparıcı müəllif dr. Pyer Masselo deyib.
Tədqiqat zamanı yerli və yaş faktorları, eləcə də əhalinin iqlimə uyğunlaşması nəzərə alınıb. Bu göstərib ki, hətta soyuqdan ölüm hallarının azalacağı gözlənilən Britaniya Adaları və Skandinaviya kimi daha az həssas regionlara baxmayaraq, Avropa üzrə ümumi balans mənfi olaraq qalacaq.
Məsələn, Londonda 27,455 ölümün azalacağı proqnozlaşdırılır, lakin bu, qitənin digər hissələrindəki artımı kompensasiya etmir.