Kanada hökuməti ABŞ prezidenti Donald Trampın bütün Kanada mallarına böyük rüsumlar tətbiq edəcəyi halda əhaliyə və yerli biznesə maliyyə dəstəyi göstərmək üçün tədbirlər paketi üzərində işləyir.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Kanalın hökumətdəki mənbələrinə görə, bu, iqtisadiyyatın hər bir sektoruna aiddir və səviyyəsi koronavirus pandemiyası zamanı Kanada müəssisələrinin və əhalisinin aldığı yardımın miqdarı ilə müqayisə edilə bilər.
Telekanal xatırladıb ki, Kanadada pandemiya zamanı əhaliyə yardımın məbləği 82 milyard Kanada dolları (57 milyard dollar) təşkil edib.