Türkiyə Böyük Millət Məclisi Kartalkaya dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində baş verən yanğının səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılmasına qərar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
Yekun hesabatın üç ay ərzində hazırlanması nəzərdə tutulur.