AZ

Yannik Sinner İtaliya prezidenti ilə görüşdən imtina edib

Dünyanın 1 nömrəli raketka ustası Yannik Sinner İtaliya prezidenti Serco Mattarella ilə görüşdən imtina edib.

İdman.biz xəbər verir ki, "Böyük Dəbilqə" yarışlarının üç qat qalibi bunu yorğunluqla əlaqələndirib.

Sinner sabah Kvirinal Sarayında İtaliya prezidenti ilə rəsmi görüşə dəvət olunub. Görüşdə tennisçinin 2024-cü ildə əldə uğurların mükafatlandırılması gözlənilirdi. Amma o bu tədbirdə iştirakdən imtina edib.

Qeyd edək ki, Sinner bazar günü Australian Open-2025-də qazandığı qələbədən sonra Kvirnala gedib-getməyəcəyi ilə bağlı qərar vermədiyini bildirmişdi.

İdman.biz

Seçilən
8
idman.biz

1Mənbələr