AZ

"ABŞ-nin bu qərarı gözlənilməz və xoşagəlməzdir" - Ukrayna rəsmisi

Ukrayna prezident admimistrasiyasının rəsmisi İrina Vereşçuk prezident Donald Trampın Kiyevə yardım üçün maliyyəni dondurmaq qərarından sonra Ağ Evləməsləhətləşmələr apardığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə o, "Facebook"dakı səhifəsində yazıb.

Vereşçuk Vaşinqtonun ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) layihələri üçün maliyyəni 90 gün müddətinə dondurmaq qərarını gözlənilməz və xoşagəlməz xəbər adlandırıb.

“Yaxın gələcəkdə biz Ukraynada humanitar yardım layihələrinin maliyyələşdirilməsini sürətlə davam etdirmək məqsədi ilə amerikalı tərəfdaşlarımızla əsaslı məsləhətləşmələrə başlayacağıq”, - o yazıb.


Müəllif: Arzu
Seçilən
9
teleqraf.com

1Mənbələr