Almaniya Bundesliqası komandalarından “Borussiya Dortmund” icarədə olan futbolçusunu geri çağırıb.
Apasport.az xəbər verir ki, söhbət Salih Özcandan gedir.
Mövsümün əvvəlində 1 illik icarə əsasında “Volfsburq”a göndərilən yarımmüdafiəçi, komandaların razılaşmasına əsasən “Dortmund”a geri qayıdıb.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Klubun həmin mövqedə olan oyunçusu Feliks Nmeçanın zədələnməsi səbəbilə belə bir qərar verdiyi bildirilib.
Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm “Volfsburq”un heyətində 12 rəsmi matçda çıxış edib.
Balotelli İtaliya klubundan ayrıla bilər
“Real” Kurtuanın vəliəhdini tapdı
Anderson Talişka “Fənərbaxça”da - RƏSMİ
“Roma” Braziliya millisinin üzvü ilə maraqlanır
Sabiq “Fənər”li “Torino”ya keçə bilər