AZ

Dişlərin sızıldamasının gözlənilməz səbəbləri açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Əksər insanlar dişlərin həddindən artıq həssaslığı, isti, soyuq və ya turş qidalara qarşı reaksiya ilə qarşılaşırlar. Bu vəziyyət bir neçə səbəbdən yarana bilər.
Oxu.Az-ın lenta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə tibb elmləri namizədi, cərrah-implantolog, ortoped, paradontolog Maqomed Daxkilqov danışıb.
Onun sözlərinə görə, dişlərin həssaslığı zədələnmələr, mikroçatların əmələ gəlməsi və ya kariyes səbəbindən yaranır.
"Bundan əlavə, turş qidaların həddindən artıq qəbulu, ağardıcı pastalarla aqressiv təmizləmə, bruksizm və ya yaş dəyişiklikləri səbəbindən minanın nazikləşməsi nəticəsində dişlər daha həssas ola bilər. Diş köklərinin açılması, gingivit və ya paradontit də yüksək həssaslığa səbəb olur", - deyə stomatoloq vurğulayıb.
Bundan əlavə, həkim xəbərdarlıq edib ki, marketpleyslərdən alınan ağardıcı vasitələrdən istifadə diş ətlərinə zərər verə və dişlərə ziyan vura bilər.
O, diş həssaslığı ilə qarşılaşanlara problemin səbəbini dəqiq müəyyən etmək üçün stomatoloqa müraciət etməyi tövsiyə edib.
Qeyd edək ki, sitrus meyvələri (portağal, limon, qreypfrut), ananas və giləmeyvələr kimi bəzi meyvələr çoxlu miqdarda turşu ehtiva edir. Turşular minanı yumşalda, onu eroziya və çürüməyə qarşı daha həssas edə bilər. Xüsusilə limon sormaq və ya turş şirələr içmək zərərlidir, çünki bu, turşunun dişlərlə təmas müddətini artırır. Buna görə, həm meyvə və tərəvəzlərin faydalarından yararlanmaq, həm də dişlərə zərər verməmək üçün onları yeyəndən sonra dişləri təmizləmək, yaxud ağzı yaxalamaq tövsiyə olunur. Şirələri dişlərlə təması minimuma endirmək üçün qamışla içmək də olar.
Seçilən
11
6
oxu.az

8Mənbələr