AZ

“Sea Breeze” - Pirşağı və Mehdiabad-Binəqədi - “28 May”tramvay xətləri çəkiləcək

Bakıda iki yaşayış sahəsinin - Mehdiabad və “Sea Breeze” ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulmuşdur.

Marja.az xəbər verir ki, bunu, Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyilə keçirilmiş nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

O qeyd edib ki, “Sea Breeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq. Mehdiabad-Binəqədi istiqamətindən isə metronun “28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, sərnişinlərə xidmət göstərilə bilsin.

"Möhtərəm cənab Prezident, bütün bu işlərin görülməsi ilə paralel olaraq avtobus parkı da genişləndiriləcəkdir. Bakı şəhərinə 2800 avtobus lazımdır. Avtobus parklarının sayı da artırılacaqdır. Çünki avtobusların işi də dəyişməlidir. Belə ki, kütləvi daşıyıcılar daşımaları təmin etməlidirlər", AYNA-nın sədri bildirib.

Seçilən
21
36
marja.az

10Mənbələr