Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Aİ-nin Gürcüstandakı nümayəndəliyini sərt tənqid edib.
Parol.az xəbər verir ki, o, nümayəndəliyi nifrət və zorakılığı təbliğ edən təşkilatları həvəsləndirməkdə ittiham edib.
Spiker nümayəndəliyin təşkil etdiyi müsabiqədə müxalifyönümlü “Formula” telekanalını mükafatlandırmasına münasibət bildirərkən qeyd edib ki, nifrət və zorakılığı təbliğ edən təşkilatları təşviq etmək nifrət və zorakılıq kampaniyasında iştirak etməklə eynidir.