AZ

ABŞ Baş Qərargahının sabiq rəhbəri mühafizədən və məxfi məlumatlara çıxışdan məhrum ediləcək

Pentaqonun yeni rəhbəri Pete Heqset ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin (KXŞ) keçmiş sədri Mark Millini şəxsi mühafizəsindən və gizli informasiyaya çıxışından məhrum etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Fox" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bundan əlavə, onların sözlərinə görə, ABŞ-nin müdafiə orqanının baş müfəttişi vəzifəsini icra edən Stiven Stebbins, Amerikanın hazırkı lideri Donald Trampın ilk prezidentlik dövründə hərəkətləri ilə "komandanlıq zəncirini pozduğuna" görə Millinin vəzifəsinin aşağı salınıb-düşməyəcəyinə qərar verəcək komissiya toplamalı olacaq.

Seçilən
18
1
report.az

10Mənbələr