Bakı. Trend:
ABŞ-də 19 yaşdan kiçik insanların cinsiyyətinin dəyişdirilməsiəməliyyatları qadağan edilib.
Trend-in məlumatına görə, bunun bağlı prezident Donald Trampfərman imzalayıb.
"Bu gün ölkə daxilində tibb işçiləri getdikcə daha çox həssasuşaqları şikəst edir və sterilizasiya edirlər. Bu təhlükəlitendensiya ölkəmizin tarixinə ləkə olacaq və buna sonqoyulmalıdır", - deyə sənəddə bildirilib.
Qeyd olunub ki, ABŞ artıq uşağın bir cinsdən digərinə keçidinimaliyyələşdirməyəcək, sponsorluq etməyəcək, təşviq etməyəcək,yardım etməyəcək və ya dəstəkləməyəcək və bu dağıdıcı və həyatıdəyişdirən prosedurları qadağan edən və ya məhdudlaşdıran bütünqanunlara ciddi şəkildə əməl edəcək.