AZ

Türkiyə parlamenti yanğını araşdırmaq üçün komissiya yaratdı

Türkiyə parlamenti Kartalkaya dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində baş verən yanğının səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılması barədə qərar qəbul edib.

BEY.AZ xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Komissiyanın araşdırmasının nəticələrinə dair yekun hesabatın üç ay ərzində hazırlanması planlaşdırılır. Onun tərkibinə 22 deputat daxildir.

Türkiyə parlamentinin sədri Numan Kurtulmuş daha əvvəl jurnalistlərə açıqlamasında millət vəkillərinin tapıntılarının faciənin səbəblərini aydınlaşdırmağa kömək edəcəyinə və yanğınla bağlı prokurorluq tərəfindən aparılan istintaqa mühüm töhfə verəcəyinə ümid etdiyini bildirib. O, həmçinin ümid edib ki, fövqəladə vəziyyətə görə məsuliyyət daşıyanların hamısı məsuliyyətə cəlb ediləcək.

Turan İSMAYIL

Seçilən
1
2
Bey.az

3Mənbələr