AZ

Abxaziya hakimiyyəti Rusiyadan seçkilərdə kömək istəyir

Abxaziya hökuməti Rusiyadan respublika başçısı vəzifəsinə qarşıdan gələn seçkilərdə rusiyapərəst namizədi dəstəkləməyi xahiş edib. Bu barədə Life.ru nəşri Abxaziyanın baş naziri vəzifəsini icra edən Valeri Bqanbanın Rusiya prezidenti Vladimir Putinə açıq məktubuna istinadən məlumat yayıb.

“Sizdən Abxaziya ilə Rusiya arasında çoxillik dostluq münasibətlərinə mənfi təsir göstərə biləcək proseslərin qarşısının alınması üçün hərtərəfli yardım göstərməyinizi xahiş edirəm. “Fürsətdən istifadə edərək, Abxaziya xalqına göstərdiyiniz davamlı dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm”, - Bqanba yazır.

Abxaziyanın baş naziri məktubunda həmçinin qeyd edib ki, respublika hazırda siyasi böhran yaşayır və Rusiya bunu sadiq abxaz siyasətçilərinə dəstək verməklə həll edə bilər.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirmişdi ki, onun idarəsi Abxaziya vətəndaşlarından Rusiyanın şəhərlərində əlavə seçki məntəqələrinin açılması ilə bağlı çoxlu sayda müraciətlər alır və kömək etməyə hazırdır.

Bundan əvvəl Abxaziya müxalifət üzvlərinin Rusiya vətəndaşlığından məhrum edilməsi ilə bağlı araşdırma aparılmasına göstəriş verib.

Oxuməni.az

Seçilən
3
oxumeni.az

1Mənbələr