NaxçıvanMustar Respublikasında bələdiyyə seçkilərinə start verilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, səhər saatlarından ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bələdiyyə seçkilərinə start verilib. Muxtar respublikada seçkilər 6 dairə üzrə 44 bələdiyyəyə keçirilir.
Qeyd edək ki, Mustar Respublikada 330 məntəqə üzrə 286956 seçici qeydiyyata alınıb.
Bələdiyyə seçkilərində 1889 nəfər ilk dəfə olaraq səsvermədə iştirak edəcək.
Bu seçkilərdə ən yaşlı seçicilər isə Hüseynəliyeva Şərəf Muxtar qızı, (1920-ci il, 104 yaş), DSK - 2, MnSK - 44 və Səfərov Abdulla Qasım oğludur (1923, 101 yaş), DSK- 6, MnSK - 43.
Bələdiyyə seçkilərində 512 yer uğrunda 970 namizəd mübarizə aparır.