AZ

Ombudsman: Aparat əməkdaşları hərbi hissələrdə, penitensiar xidmət məkanlarında müşahidəçi qismində iştirak edəcək

Gün ərzində Ombudsman və Aparat əməkdaşları müxtəlif qapalı müəsisələrdə, hərbi hissələrdə, penitensiar xidmət məkanlarında müşahidəçi qismində iştirak edəcək.
 
Bunu jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva deyib.
 
Səbinə Əliyeva qeyd edib ki, Ombudsman uzun illərdir ki, Azərbaycanda keçirilən seçkiləri müşahidə edir.
 
O, əlilliyi olan şəxslərin seçki prosesinsə iştirakının təmin olunmasını xüsusilə diqqətdə saxladıqlarını əlavə edib.
 
Məlumat üçün qeyd edək ki, Ombudsman 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində həm səsvermə prosesində iştirak edib, həm də seçki prosesini müşahidə edib.
 
Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
 
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
 
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
Seçilən
4
40
moderator.az

10Mənbələr