“İrəli baxmalıyıq”.
Sportinfo.az xəbər verir ki, "Lənkəran" basketbol klubunun baş məşqçisi Georgi Kondruseviç Azərbaycan kubokunun 1/8 finalında NTD ilə matçdan sonra deyib.
Belaruslu mütəxəssis yarışda mübarizəni dayandırmalarına münasibət bildirib:
"Çox maraqlı bir qarşılaşmanın şahidi olduq. Komandamız öz oyununu sərgiləməyə çalışdı.
Bəzi məqamlarda buna nail olduq. Rəqibin oyunçusu Əkbər Məmmədov yaxşı çıxış etdi.
Onun uğurlu performansı xüsusi ilə 4-cü hissədə oyunumuzu göstərməyə mane oldu. Ümid edirik ki, ilk ev qələbəsi tezliklə gələcək".
“Lənkəran” – NTD qarşılaşması ev sahiblərinin 73:87 hesablı məğlubiyyəti ilə bitib.