23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesi başlayıb.
Publika.az xəbər verir ki, məntəqə səhər saat 08:00-dan etibarən seçicilər üçün açılıb.
Ombudsman Səbinə Əliyeva səsvermə prosesində müşahidəçi qismində iştirak edir.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.