Sumqayıt şəhərində səhər saat 8:00-dan etibarən, bələdiyyə seçkiləri üzrə səsverməyə start verilib.
"Report"un yerli bürosunun məlumatına görə, səsvermədə seçici fəallığı müşahidə olunur.
Sumqayıt şəhəri üzrə ümumilikdə 272 min 474 seçici səsvermə hüququna malikdir. Onlardan 1841-i ilk dəfə səs verəcək. Həmçinin 80-100 yaşlı seçicilərin sayı 3 min 593, yaşı 100-dən yuxarı olanların sayı sə 1-dir. Sumqayıtda 6 dairə üzrə 210 məntəqə var.
Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.