Müdafiə naziri general-polkovnik Zakir Həsənov bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edib.
Publika.az xəbər verir ki, nazir 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 29 saylı məntəqəsində səs verib.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam təmin etdikdən sonra keçirilən ilk bələdiyyə seçkiləridir.
Xatırladaq ki, yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkilərində 118 dairə üzrə 16 min 92 namizəd mübarizə aparır. 685 bələdiyyə üçün 8071 üzv seçiləcək. Seçkilərdə 24 siyasi partiya iştirak edir.