Ceyhun Bayramov Ankaraya işgüzar səfərə gedib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak etmək məqsədilə yanvarın 29-da Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər üçün yola düşüb.
Reyting.az xəbər verir ki, səfər çərçivəsində C. Bayramovun Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı, həmçinin bir sıra yüksək səviyyəli ikitərəfli görüşləri planlaşdırılır.