“Karvan” daha bir futbolçunun keçidini həll edib.
Offsideplus.az xəbər verir ki, Yevlax təmsilçisi “Qarabağ”ın əvəzedici heyətində yer alan İlham Hüseynovu transfer edib. I Liqa klubu 20 yaşlı futbolçu ilə 2026-cı ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, İlham “Karvan”ın qış transfer pəncərəsində heyətinə qatdığı ikinci futbolçudur. Daha öncə gürcü əsilli azərbaycanlı Nika Çaçaşvili ilə mövsümün sonunadək müqavilə imzalanıb.