AZ

35 saylı seçki məntəqəsinin sədri: Seçkilər şəffaf formada davam edir

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 35 saylı seçki məntəqəsində bələdiyyə seçkiləri şəffaf formada davam edir.

Bunu “Report”a açıqlamasında məntəqə sədri Gülnarə Mustafayeva deyib.

Onun sözlərinə görə, məntəqə üzrə siyahıda 1055 seçici var: “Biz ümumilikdə 1002 bülleten almışıq”.

G.Mustafayeva yerli müşahidəçilərin seçki prosesini müşahidə etdiyini əlavə edib.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir.

Səsvermə prosesi saat 19:00-a qədər davam edəcək.

Seçkilərdə 685 bələdiyyəyə 8 min 71 üzvlük üçün 16 min 92 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Seçilən
5
7
report.az

10Mənbələr