7 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində qeydiyyatda olan 1 036 seçicidən 50-yə yaxını səsvermədə iştirak edib.
"Report" xəbər verir ki, bunu məntəqənin sədri Elmira İbrahimova bildirib.
"Baxmayaraq ki, səsvermə yenicə başlayıb, artıq xeyli sayda səs verənlər var. İnanırıq ki, seçiçi fəallığı yüksək olacaq. Səyyar səsvermə ilə bağlı müraciət daxil olmayıb", - deyə o qeyd edib.
Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.