AZ

Məntəqə sədri: Seçicilər azad və şəffaf şəkildə səsvermədə iştirak edə bilər

Seçicilər azad və şəffaf şəkildə bələdiyyə seçkiləri üçün səsvermədə iştirak edə bilər.

Bunu "Report"a açıqlamasında 36 saylı Xətai-Suraxanı Seçki Dairəsinin 6 saylı Seçki Məntəqəsinin sədri İsmixan Həsənov deyib.

O bildirib ki, məntəqələri seçkilər üçün tam hazırdır:

"Ümumilikdə 1 492 seçici, 48 bələdiyyə üzvüyünə namizədləri var".

İ.Həsənov siyahılarındakı ən yaşlı seçicilərinin 84 yaşı olduğunu da əlavə edib.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləridir. Səsvermə ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 seçki məntəqəsində keçirilir. Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var və 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Səsvermə 19:00-a qədər davam edəcək.

Seçilən
3
16
report.az

10Mənbələr