AZ

Ağ Ev ABŞ-dan deportasiya şərtlərini izah eTDİ

ABŞ hökuməti viza müddəti bitdikdən sonra ölkədə qalan vətəndaşları deportasiya edəcək.   Manset.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Carolyn Levitt brifinqdə bildirib. Onun sözlərinə görə, belə şəxslər qeyri-leqal hesab olunacaqlar. Bəyanatda deyilir ki, əgər şəxs vizanın müddəti bitdikdən sonra qalırsa, o, qeyri-qanuni immiqrant olur və deportasiyaya məruz qalır.

Bundan əvvəl Sərhəd Təhlükəsizliyi üzrə Nəzarətçi Tomas Homan qeyri-qanuni miqrantları ABŞ-dan hərbi təyyarələrlə çıxarılacağını açıqlamışdı. O əlavə edib ki, bu cür təcrübələr adi hala çevriləcək, çünki gündəlik qovulmalar mümkündür. Donald Trampın prezidentliyi başlayandan bəri immiqrasiya rəsmilərinə ölkədə sənədsiz olan istənilən əcnəbini həbs etmək səlahiyyəti verilib.

Seçilən
8
manset.az

1Mənbələr