Bakı. Trend:
Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Con AlderdaysBöyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisitəyin olunub.
Trend xəbərverir ki, bu barədə Britaniyanın Ticarət və Biznes Nazirliyiməlumat yayıb.
Bildirilib ki, Böyük Britaniyanın ticarət naziri bu gün qlobalinkişaf komandasının təyinatını elan edib. Yeni təyin olunmuş 32ticarət elçisi hökumətin dəyişiklik planı çərçivəsində iqtisadiartımı təşviq etmək məqsədilə Böyük Britaniyanın ixrac vəinvestisiya potensialını artırmaq üçün çalışacaq. Bu təyinataəsasən Lord Con Alderdays Böyük Britaniyanın Azərbaycan və MərkəziAsiya üçün ticarət elçisi vəzifəsini icra edəcək.
O, Şimali irlandiyalı bir siyasətçidir və müxtəlif nüfuzluvəzifələrdə çalışıb. 1998-2004-cü illərdə Şimali İrlandiyaAssambleyasının spikeri vəzifəsini daşıyıb.