AZ

Prezident İlham Əliyev bələdiyyə seçkilərində səs verib

Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev

Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta

məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib.

 

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.

 

Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.

Seçilən
2
49
sfera.az

10Mənbələr